İstifadə şərtləri
Son yenilənmə: 29.10.2026 · Versiya 0.2
1. Tərəflər və qəbul
- Bu şərtlər [şirkətin adı] ("biz") ilə AI Bilik tətbiqindən istifadə edən şəxs ("siz") arasındadır.
- Tətbiqə daxil olmaqla bu şərtləri və məxfilik siyasətini qəbul edirsiniz.
- Uşaq üçün şərtləri valideyn qəbul edir [yaş həddi: hüquqşünas].
2. Xidmət
AI Bilik I–XI sinif və DİM imtahanlarına hazırlıq üçün təhsil tətbiqidir: sualın süni intellektlə həlli və izahı, testlər, tam DİM sınağı, dinləmə tapşırıqları, valideyn və müəllim hesabatları, reytinq.
- AI həlləri köməkçidir və səhv ola bilər. Onlar müəllimi və dərsliyi əvəz etmir.
- Tam DİM sınağının nəticəsi təxminidir, rəsmi imtahan nəticəsi deyil.
- Xidmət yalnız məktəb proqramı (I–XI sinif və DİM proqramları) üzrə suallara cavab verir.
3. Hesab
- Bir telefon nömrəsi bir hesabdır. Nömrəsi olmayan uşaq valideyninin nömrəsi altında profil kimi yaradılır.
- Hesab eyni anda ən çox 2 cihazda açıq ola bilər.
- Hesabın paylaşılması, satılması və ya kirayəyə verilməsi qadağandır.
- SMS kodunu heç kimə verməyin: hesabın təhlükəsizliyinə siz cavabdehsiniz.
- Nömrə itəndə bərpa e-poçt vasitəsilə olur. Təhlükəsizlik üçün bərpadan sonra 24 saat nömrə və e-poçt dəyişdirilmir.
4. Pulsuz və Premium imkanlar
- Pulsuz hesab hamıya açıqdır: gündə 3 həll, həftədə 1 test (10 sual, sual başına 90 saniyə).
- Premium: gündə 50 həll, gündə 20 test, tam DİM sınağı (həftədə 2, gündə ən çox 1; 9–11-ci sinif və abituriyent), tam analitika və digər imkanlar. Siyahı tətbiqdə və aibilik.az-da göstərilir.
- Limitlər hər gün Bakı vaxtı ilə sıfırlanır.
- Hansı AI modelinin istifadə olunması bizim texniki qərarımızdır və vəd olunan limitlərə təsir etmir.
5. Abunə və ödəniş
- Qiymətlər tətbiqdə alışdan əvvəl göstərilir. Üstüxətli qiymət standart qiymətdir, aşağıdakı qiymət 01.01.2028-ə qədər buraxılış qiymətidir.
- Abunə aylıq və ya illikdir və siz ləğv edənə qədər avtomatik yenilənir. Ləğv cari dövrün sonundan qüvvəyə minir.
- İlk alış bonusu: aylıqda 3 gün, illikdə 1 ay. Hər hesab üçün bir dəfə verilir.
- Ödəniş Google Play vasitəsilə aparılır və Google Play-də ləğv edilir.
- Geri qaytarma: Google Play-in qaydaları ilə [istehlakçı hüququ: hüquqşünas]. Geri qaytarılan ödənişdə Premium, bonus və dəvət mükafatı ləğv olunur.
- Qiymət dəyişərsə, mövcud abunəçilərə əvvəlcədən xəbər verilir.
- Valideyn planı uşaq sayına görədir (ən çox 6 uşaq), bir uşaq eyni anda bir ailə planında olur.
- Müəllim planı fənn üzrə paketlə satılır: 1 paket = bir fənndə 30 şagird, o fənnin bütün qruplarında birlikdə sayılır, qrup sayı limitsizdir. Hər fənn ayrıca ödənilir. Müəllim planı şagirdə Premium vermir.
- Məktəb müqaviləsi ayrıca yazılı müqavilə ilə bağlanır.
6. Dəvət mükafatları
Dəvət mükafatı dəvət olunan şəxs ödəniş edəndə və geri qaytarma müddəti keçəndən sonra verilir, ildə ən çox 12 dəfə. Özünü və ya saxta hesabları dəvət etmək mükafatın ləğvinə və hesabın dondurulmasına səbəb olur.
7. Qadağan olunanlar
- uyğunsuz məzmun göndərmək: çılpaqlıq, zorakılıq, nifrət, silah, narkotik və s.;
- AI-ı məktəb proqramından kənar məqsədlə işlətməyə və ya sistemi aldatmağa cəhd etmək;
- test zamanı köçürmək, başqasının hesabından istifadə etmək, saxta hesab açmaq;
- tətbiqi sındırmaq, avtomatlaşdırılmış sorğu (bot) göndərmək, reytinq məlumatını toplamaq;
- müəllim kimi uşaqlara yaxınlaşmaq məqsədi ilə hesab açmaq.
Pozuntu olarsa, xəbərdarlıq, funksiyanın məhdudlaşdırılması, hesabın dondurulması və ya silinməsi tətbiq oluna bilər. Dondurma qərarını admin verir, siz dəstəyə müraciət edə bilərsiniz.
8. Reytinq və Bilik balı
- Bilik balı (BB) yalnız server tərəfindən hesablanır.
- Reytinq hər tədris ili (15 sentyabr) sıfırlanır, köhnə illərə baxmaq olur.
- Nəzarət qaydaları pozulan testə bal verilmir.
- Şübhəli nəticəni yoxlamaq və ləğv etmək hüququmuz var.
9. Məzmun və əqli mülkiyyət
- Tətbiq, dizayn, sual bankı və həllər bizə məxsusdur.
- Dərslik materiallarından Elm və Təhsil Nazirliyinin icazəsi ilə istifadə olunur [icazənin tarixi və nömrəsi].
- Göndərdiyiniz sualların adsız həllini xidməti yaxşılaşdırmaq və başqa şagirdlərə göstərmək üçün istifadə edə bilərik.
10. Məsuliyyət
- Xidmət "olduğu kimi" təqdim olunur. Fasiləsiz və səhvsiz işləməsinə zəmanət verilmir.
- İmtahan nəticəsinə görə məsuliyyət daşımırıq [məsuliyyət həddi: hüquqşünas].
11. Şərtlərin dəyişməsi və xitam
- Şərtlər dəyişəndə tətbiqdə bildiriş göstərilir.
- Hesabınızı istənilən vaxt silə bilərsiniz: aibilik.az/hesab-sil.
12. Tətbiq olunan hüquq
Bu şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə tabedir. Mübahisələr əvvəlcə danışıqla, sonra [Bakı şəhəri] məhkəmələrində həll olunur.
13. Əlaqə
[email protected] · əlaqə səhifəsi · [ünvan]