Hesabın silinməsi
Bu səhifə hələlik yalnız Azərbaycan dilindədir.
Tətbiq telefonunda yoxdursa, hesabını buradan silə bilərsən. Tətbiqdə də olar: Kabinet → ən altda "Hesabı sil".
Hesab 30 gün gözləyir, bu müddətdə onu heç kim görmür; fikrini dəyişsən, eyni nömrə ilə daxil olub bərpa edə bilərsən. İstəsən, dərhal da silə bilərsən.
Nələr silinir
- Profil, ad, AI Bilik ID və telefon nömrəsi
- Həll və test tarixçəsi, nəticələr, sual şəkilləri
- Bilik balı (BB) və reytinqdəki yer
- Valideyn və müəllim bağlantıları, müəllimin qrupları və testləri
- Premium imkanları
Nələr qalır
- Ödəniş qeydi: adsız, vergi qanunu ilə
- Təhlükəsizlik jurnalı (giriş cəhdləri): 90 gündən sonra silinir
- Nömrənin geri açılmayan heşi və "ilk alış bonusu alınıb" qeydi: 1 il, bonusun təkrar alınmaması üçün
- Valideyn silinəndə övladın hesabı, müəllim silinəndə şagirdlərin öz nəticələri qalır; onlara bildiriş gedir
Abunə Google Play-də idarə olunur: ödəniş davam etməsin deyə əvvəlcə orada ləğv et.
SMS ilə silmə tezliklə açılacaq (robot yoxlaması qoşulur). İndi tətbiqdə sil (Kabinet → "Hesabı sil") və ya aşağıda sorğu göndər.
+994
SMS gəlmir və ya nömrə artıq səndə deyil?
Sorğu göndər: admin nömrənin sahibi ilə əlaqə saxlayıb hesabı siləcək. Başqasının hesabı onun təsdiqi olmadan silinmir.
+994
Sual üçün: [email protected] · Məxfilik siyasəti